"Elm və mən" adlı fotomüsabiqə
- Details
- Written by EP admin
- Hits: 1767
Bugün elmipress`in facebook fan səhifəsində hər kəs üçün maraqlı olacaq müsabiqəyə start veririk. "Elm və Mən" adlı bu fotomüsabiqədə istənilən facebook iştirakçısı qatıla bilər. Qalibə isə heç bir yerdə rast gəlmədiyiniz, fərqli hədiyyə - yaşı 450-500 milyon il olan trilobit fosili təqdim olunacaq. Düşünürük ki, elmə marağı olan istifadəçi üçün bu böyük hədiyyədir. Daşlaşmış trilobitin ölçüsü 3,5x4,5sm. Bu trilobit fosilləri üçün kifayət qədər böyük sayıla bilər. Çünki tapılan əksəriyyət trilobitlərin ölçüsü 2sm-i keçmir. Solda gördüyünüz bu fosil Azərbaycanda olmadığı üçün Portuqaliyadan sifariş olunub. İkinci əl bu fosil Mərakeşdən gətirilib. Hansı ki, Mərakeşdə trilobit yataqları üzrə dünyada məşhur yerlərdəndir və bugün trilobitlərin keyfiyyətinə, müxtəlifliyinə görə Mərakeş birinci yerdədir.
Müsabiqə şərtləri:
Şəkildə olacaq istifadəçi siz özünüz və yaxud yaxın adamınız olmalı, hansı ki, onun özünün də şəklinin müsabiqədə iştirakından xəbəri olmalıdır.
Şəkil internetdə tapılan hər hansı tanımadığınız adamın şəkili olmamalıdır. Belə şəkillər qəbul olunmayacaq.
Müsabiqə iştirakçısı ad və soyadını təsdiqlənməlidir. Qalib olan halda həmin istifadəçinin ad və soyadı təsdiqlənəndən sonra hədiyyə ona təqdim olunacaq. Emailə şəkil göndərərkən başlıq kimi ad və soyadınızı qeyd edin.
Facebook fan səhifəsində yerləşdirilən şəkillər müsabiqədə iştirak etməyəcək. Şəkillər yalnız This e-mail address is being protected from spambots. You need JavaScript enabled to view it. emailinə göndərilməlidir. Göndərəcəyiniz şəkilin qəbul olunub-olunmaması barədə sizlə əks-əlaqə saxlanılacaq.
Göndərəcəyiniz fotolar müsabiqə formatın uyğun olmalıdır. Fotolarda hansısa şəxsin iştirakı mütləqdir və elmlə bağlı şəkil olmalıdır. Məs: Hansısa kitabı oxuyanda, laboratoriya, eksperimentlər, tədqiqat, nəyisə araşdıran zaman və s.
Müsabiqə 23.09.2011 tarixində açıq elan olunur. Müsabiqədə 23.09.2011-01.10.2011 tarixində yalnız şəkil qəbul olunur. Səsverməyə 02.10.2011 tarixində start verilir. Səsvermə 20.10.2011 tarixində bitir və ən çox layk yığan istifadəçi qalib elan olunur.
Qalibə elmipress.com adından diplom və trilobit fosili təqdim olunacaq. Qalibin adı həm elmipress.com saytında, həm də fan səhifədə qeyd olunacaq.
Trilobit fosilləri haqqında ətraflı məlumat üçün videonu izləyin. Videoda trilobitlərin növ müxtəliflinin, tapılan nümunələrin təmizlənmə üsuluna da şahid olacaqsız.


Elm və mən